Dünya

Almaniyada təyyarə evə çırpıldı — ölənlər və xəsarət alanlar var

Almaniyada təyyarə evə çırpıldı — ölənlər və xəsarət alanlar var

Almaniyada kiçik mühərrikli təyyarə yaşayış evinə çırpılıb.

"Report" "FOCUS Online" nəşrinə istinadən xəbər verir ki, hadisə Vezel şəhərində, Şimali Reyn-Vestfaliyada baş verib.

Məlumata görə, hadisə zamanı azı 3 nəfər həlak olub. Nəşr qeyd edib ki, qəza nəticəsində daha bir neçə nəfər xəsarət alıb. Onlar arasında uşaq da var.

"Frankfurter Allgemeine Zeitung" qəzeti isə bildirib ki, hadisə zamanı 2 nəfər həlak olub, daha 2 nəfər yaralanıb.

Qəzanın başvermə səbəbi hələ məlum deyil.

D
demokrat.az