Qusarda bir nəfər süni göldə batıb.
Bu barədə Demokrat.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Qusar rayonunun Köhnə Xudat kəndində, süni göldə 1999-cu il təvəllüdlü Cavadov Aydın Ruslan oğlunun batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.


