Şou-biznes

Alişan da şəhid general Polad Həşimovdan yazdı: “Necə böyük insan idin”

Alişan da şəhid general Polad Həşimovdan yazdı: “Necə böyük insan idin”

Məşhur türk müğənnisi Alişan öz "İnstagram" səhifəsində Azərbaycana dəstək nümayiş etdirib.

Demokrat.az ki, Türkiyəli müğənni Alişan Tovuzda erməni təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimovdan yazıb.

O, öz paylaşımında “Necə də böyük insan idin, necə gözəl ürəyə sahib imişsən. Məkanın cənnət olsun Polad Həşimov”, - deyə qeyd edib.

Sənətçi həmçinin Tovuzda baş verən döyüşlərdə şəhid olan hərbçilərimizə Allahdan rəhmət diləyib: “Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Can Azərbaycan”.

Qeyd edək ki, bundan əvvəl məşhur Türkiyəli sənətçi Mahsum Kırmızıgül də sosial mediada Azərbaycan-Ermənistan sərhəddi Tovuz rayonu ərazisində şiddətli döyüşlərdə şəhid olan general-mayor Polad Həşimovun fotosunu paylaşaraq ailəsinə və ölkəmizə başsağlığı verib, bütün Azərbaycan şəhidlərinə Allahdan rəhmət diləyib.(musavat.com)

Alişan da şəhid general Polad Həşimovdan yazdı: “Necə böyük insan idin”

D
demokrat.az