Azərbaycanla Ermənistan orduları arasında döyüş başladı — İtki var

HADİSƏ 12 iyl 2020, 16:16

İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.


Müdafiə Nazirliyindən Demokrat.az-a bildirilib ki, hər iki tərəfdən itki var.


Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.


İctimaiyyətə əlavə məlumat veriləcək.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top