Dünya

Koronavirus beyin xəstəliklərinə səbəb ola bilər

Koronavirus beyin xəstəliklərinə səbəb ola bilər

London Universitet Kollecinin alimləri, koronavirusun beyində xəstəliklərə yol açdığını müəyyən ediblər.

"Qafqazinfo" "Brain" jurnalına istinadən xəbər verir ki, mütəxəssislər 16-85 yaş arası 43 nəfərdə xəstəliyin gedişatını araşdırıblar. Tədqiqat göstərib ki, onlardan 10-unda beyin funkisonallığının müvəqqəti pozulması, 12-sində beyin iltihabı, bir qismində isə isə sinir sisteminin yoluxucu-allergik xəstəliyi olan kəskin yayılmış ensefalomielitin meydana gəldiyi məlum olub.

Bununla yanaşı pasientlərdə insult kimi digər ağır xəsarətlər də müşahidə edilib.

Xatırladaq ki, daha əvvəl ABŞ-ın Corc Meyson Universitetinin alimləri koronavirusa yoluxmuş yaşlı insanlarda çaşqınlıq və disorientasiya əlamətləri müşahidə olunduğunu bildirmişdi.

Demokrat.az

D
demokrat.az