Dünya

DƏHŞƏTLİ HADİSƏ: 2 təyyarə səmada toqquşdu — Ölənlər var

DƏHŞƏTLİ HADİSƏ: 2 təyyarə səmada toqquşdu — Ölənlər var

ABŞ-da qorxunc hadisə yaşanıb.

AZSABAH.COM xəbər verir ki, Aydaho ştatında iki kiçik təyyarə səmada toqquşub. Yerli orqanların məlumatına görə, təyyarələrin toqquşması nəticəsində 8 nəfər ölüb. Ölənlərdən yalnız iki nəfərin meyiti tapılıb.

Məlumata görə, təyyarələr gölün üzərində toqquşub. Sərnişinlər və təyyarələrin parçaları göldə batıb.

Demokrat.az

D
demokrat.az