Kriminal

17 yaşlı oğul atasını qətlə yetirdi

17 yaşlı oğul atasını qətlə yetirdi

Göygöl rayonunda qətl hadisəsi törədilib.



DİN-in məlumatına görə, hadisə gecə saatlarında rayonun Yeni Qızılca kəndində qeydə alınıb.



Həmin kəndə yaşayan Daşkəsən rayon sakini, 2001-ci il təvəllüdlü Eşqin Ramil oğlu Quluyev ailə münaqişəsi zəminində atası, 1980-ci il təvəllüdlü Ramil İsa oğlu Quluyevi balta və bıçaqla qətlə yetirib.



Hadisəni törədən şəxs polis tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.



Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır

D
demokrat.az