Bu obyektlərin fəaliyyətinə qadağa qoyuldu — QƏRAR

SOSİAL 02 iyl 2020, 21:30

Xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində  2020-ci il 20 iyul saat 06:00-dək həmçinin iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilmir.

 

Operativ Qərargahdan Demokrat.az-a verilən məlumata görə, aşağıdakı xidmət sahələrinin fəaliyyəti dayandırılacaq:

 

— nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti;

 

— ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;

 

— muzey və sərgi zallarının fəaliyyəti;

 

— bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

 

— təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla);

 

— açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top