Sosial

Bu obyektlərin fəaliyyətinə qadağa qoyuldu — QƏRAR

Bu obyektlərin fəaliyyətinə qadağa qoyuldu — QƏRAR

Xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində 2020-ci il 20 iyul saat 06:00-dək həmçinin iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilmir.

Operativ Qərargahdan Demokrat.az-a verilən məlumata görə, aşağıdakı xidmət sahələrinin fəaliyyəti dayandırılacaq:

—nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti;

—ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;

—muzey və sərgi zallarının fəaliyyəti;

—bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

—təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla);

—açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi.

Demokrat.az

D
demokrat.az