Dünya

Gürcüstanda koronavirusa yoluxanların sayı 939 nəfərə çatdı

Gürcüstanda koronavirusa yoluxanların sayı 939 nəfərə çatdı

Gürcüstanda daha 8 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytı məlumat verir.

Ölkə üzrə COVID-19-a yoluxanların sayı 939-a çatıb. Onların 817-si sağalıb, 15-i isə vəfat edib.

Hazırda ölkə üzrə karantində 3080, stasionar nəzarətdə isə 242 nəfər saxlanılır.(realtv.az)

Demokrat.az

D
demokrat.az