Çinin Sincan Uyğur Muxtar Vilayətində 6,4 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com “Sputnik”ə istinadən xəbər verir ki, Çinin Zəlzələ Şəbəkələri Mərkəzinin verdiyi açıqlamada məlumat təsdiqlənib. Zəlzələ muxtar vilayətin Hotan şəhərində yerli vaxtla 05:05-də baş verib.
Yerin 10 kilometr dərinliyində baş verən zəlzələnin episentri Hotan şəhərinin 279 km cənub-şərqinə düşür.
Zəlzələ səbəbilə heç bir tələfat qeydə alınmayıb.


