Dünya

Bu ölkədə meyitlər koronavirusdan müalicə alanlarla eyni otaqda saxlanılır — VİDEO

Bu ölkədə meyitlər koronavirusdan müalicə alanlarla eyni otaqda saxlanılır — VİDEO

Koronavirusa əhəmiyyət verilməyən ölkədə xəstəxanalarda və morqlarda yer qalmayıb.

Demokrat.az milli.az-a istinadən xəbər verir ki,karantin rejimi tətbiq edilməyən Braziliyada meyitlər koronavirusdan müalicə edilən şəxslərin yanında saxlanılır. Morqlarda yer olmadığına görə cəsədlərin bir qismi çöldə qalıb.

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 42 725 nəfər yoluxub. Beləliklə, bu ölkədə koronavirusa yoluxanların sayı1,192,474-ə çatıb. 53874 nəfər Covid-19 səbəbindən dünyasını dəyişib. Onlardan 118-i tibb bacısıdır.

Lakin bütün bunlara baxmayaraq Braziliyada karantin rejimi tətbiq olunmayıb. Braziliyada keçirilən karnavaldan bir gün sonra, fevralın 26-da ilk dəfə COVİD-19 infeksiyasına yoluxma halı təsdiqlənib. Koronavirusu ciddi qəbul etməyən ölkə başçısıJair Bolsonarobir müddət əvvəlsosial izolyasiya tədbirlərinin keçirilməsinə etiraz məqsədi ilə təşkil olunan aksiyada iştirak edib. O, həmçininxalqa "evdə qal" çağırışı edən səhiyyə naziriLuiz Henrique Mandetta-nı işdən qovub.

D
demokrat.az