Dünya

Putin məxfi kabinetini jurnalistlərə göstərdi — VİDEO

Putin məxfi kabinetini jurnalistlərə göstərdi — VİDEO

Rusiya Prezidenti Vladimir Putin “Rossiya 1” telekanalının jurnalistinə Kremldəki məxfi kabinetini göstərib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, kadrlar “Vesti” proqramında nümayiş etdirilib.

V.Putin bildirib ki, otaqda ictimaiyyət üçün açıq görüşlər keçirilmir. Məxfi otağın yemək və istirahət bölümləri də var.

“Amma sizə xəbərdarlıq edirəm - mən orada heç nə hazırlamamışam, buna görə də orada yalnız iş atmosferi mövcuddur”, - deyə V.Putin jurnalistə bildirib.

Kabinetin interyeri işıqlıdır, iş stolunun yanında uşaq şəkilləri və prezidentə hədiyyə edilmiş əşyalar var. Divardan Rusiya imperatoru I Pyotrun portreti asılıb.

Demokrat.az

D
demokrat.az