Dünya

Riqada 6 metrlik həkim heykəli qoyuldu

Riqada 6 metrlik həkim heykəli qoyuldu

Latviyanın paytaxtı Riqada COVID-19-la gecə-gündüz mübarizə aparan həkimlərə təşəkkür niyəti ilə heykəl ucaldılıb.

Demokrat.az xəbər verir ki, Milli İncəsənət Muzeyinin qarşısında qoyulmuş 6 metrlik heykəlin müəllifi heykəltəraş Aiqars Biksedir. Heykəl "Dünyaya dərman" adlandırılır.

Əməliyyat otağından çıxan, maska ​​və əlcək taxmış həkimi təmsil edən heykəl hər kəsin diqqətini özünə cəlb olub. Heykəltaraşın sözlərinə görə onun bu heykəli düzəltməkdə məqsədi həkimlərin bu mübarizədəki əməklərini qiymətləndirməkdir.

Qeyd edək ki, Latviyada təxminən 1000 nəfər koronavirusa yoluxub, 28 nəfər isə dünyasını dəyişib.(yeniavaz.com)

D
demokrat.az