Bakıda yetkinlik yaşına çatmayan qıza təcavüz edilib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.
Bakı şəhər sakini Kərimov Saleh Hətəm oğlu yetkinlik yaşına çatmayan Samirə Səmədovanı (ad və soyad şərti verilib – red.) zorlayıb.
O, Samirə Səmədovanın aldadaraq kimsəsiz yerə aparıb və orada təcavüz edib.
İstintaq orqanı tərəfindən Saleh Kərimovun barəsində Cinayət Məcəlləsinin 149.2.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı zorlama) maddəsi ilə ittiham elan edilib.
Hazırda istintaq gedir.
Fariz Məlikli Demokrat.az


