Hadisə

30 yaşlı oğlan özünü 9-cu mərtəbədən atdı

30 yaşlı oğlan özünü 9-cu mərtəbədən atdı

Sumqayıtda intihar hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayonunda qeydə alınıb. Şəhər sakini, 1990-cı il təvəllüdlü Məmmədov Sadiq Çingiz oğlu yaşadığı binanın 9-cu mərtəbəsindən özünü atıb.

Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə ölüb.

Məlumat görə, 30 yaşlı S.Məmmədov 10 il əvvəl avtomobil qəzası keçirib və fiziki məhdudiyyətli olub. İntiharın səbəbləri bilinmir.

Faktla bağlı araşdırma aparılır.(apa.az)

D
demokrat.az