Deputat: "Dolma bizimdirsə, festivalında niyə Braziliya çempion olur?" (VİDEO)

SOSİAL 28 may 2020, 20:19

Millət vəkili Aqil Abbas İctimai Televiziyanın “Diqqət mərkəzi” verilişində qonaq olarkən maraqlı fikirlər səsləndirib. 

 

Mədəniyyətimizin təbliği mövzusunda həmsöhbət olan millət vəkili Mədəniyyət Nazirliyinin keçirdiyi Dolma festivalını misal gətirərək deyib:

 

“Ermənilər deyir, dolma bizimdir. Biz də onların acığına Dolma festivalı keçirdik. Çempion kim oldu? Braziliya! 

 

Tahir Əmiraslanov deyir ki, 200 dolma növümüz var. Bəs necə olur ki, Braziliya o boyda yolu gəlib, çempion oldu? Deməli, sənin deyil də dolma”. 

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top