Hadisə

Merkelin Azərbaycana səfəri başa çatdı

Merkelin Azərbaycana səfəri başa çatdı

Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin avqustun 25-də Azərbaycan Respublikasına səfəri başa çatıb.

Demokrat.Az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Almaniyanın Kansleri Angela Merkeli hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.

D
demokrat.az