ABŞ prezidenti Donald Trampın qızı İvanka Trampın 28 apreldən sonra ilk dəfə maskada olan şəkilləri yayılıb.
Demokrat.az “CNN Türk”ə istinadən bildirir ki, həmin görüntülər İvankanın Merilənd ştatında bir istehsalat mərkəzinə ziyarəti vaxtı lentə alınıb.
İvanka Trampın maskadan istifadə etməsi yaxın köməkçisində koronavirus aşkarlandıqdan sonraya təsadüf edib.
Maskasının üstünə ABŞ bayrağının emblemni taxan İvanka şəkilləri öz sosial media hesabında paylaşıb.
Qeyd edək ki, İvanka Tramp və həyat yoldaşı Cared Kuşner may ayının əvvəlində koronavirus testindən keçmiş və nəticələri neqativ çıxmışdı.(Yeniavaz.com)






