Gündəm

Azərbaycanda koronavirusa yoluxanların sayı artdı

Azərbaycanda koronavirusa yoluxanların sayı artdı

Bu gün Azərbaycanda 6264 nəfər koronavirus testindən keçib.

Demokrat.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Məlumata əsasən, ümumilikdə 208 546 şübhəli koronavirus testindən keçib. Reanimasiyada olan xəstə sayı 27, süni tənəffüs cihazında olan xəstə sayı 10-dur.

Bildirlib ki, ölkədə virusa yoluxma sayı 2758, ölüm sayı 35, sağalan xəstə sayı 1789, aktiv xəstələrin sayı isə 934 nəfərdir.

Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa 65 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər vəfat edib.

Demokrat.az

D
demokrat.az