Dünya

Həftəsonu küçəyə çıxmaq qadağan edildi

Həftəsonu küçəyə çıxmaq qadağan edildi

Türkiyədə növbəti küçəyə çıxmaq qadağası başlayıb.

Demokrat.az xəbər verir ki, İstanbul, Ankara, İzmir və Zonquldak daxil olmaqla bu dəfə 24 şəhərdə həftəsonu küçəyə çıxmaq qadağandır. Qadağa ərəfəsində marketlər, ərzaq dükanları bağlı olacaq.

Xatırladaq ki, mayın 4-də 7 əyalətdə küçəyə çıxmaq qadağası götürülüb. Hazırda qadağa Adana, Ankara, Balıkesir, Bursa, Denizli, Diyarbakır, Eskişehir, Gaziantep, İstanbul, İzmir, Kahramanmaraş, Kayseri, Kocaeli, Konya, Manisa, Mardin, Ordu, Sakarya, Samsun, Şanlıurfa, Tekirdağ, Trabzon, Van ilə Zonquldak üçün qüvvədədir.(qafqazinfo.az)

D
demokrat.az