İqtisadiyyat

Neft yenidən bahalaşmağa başladı

Neft yenidən bahalaşmağa başladı

Dünya bazarında xam neftin qiymətləri günə azalma ilə başladıqdan sonra günorta saatlarına doğru sürətlə artmaqdadır.

Demokrat.az xəbər verir ki, Bakı vaxtı ilə saat 13:55-ə olan məlumata görə, Londonun "ICE Futures" birjasında “Brent markalı neftin iyul fyuçerslərinin bir barelinin qiyməti 4,34% artaraq 31,01 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun “Nymex” əmtəə birjasında WTI markalı neftin iyun fyuçerslərinin bir barelinin qiyməti 5,92% artaraq 25,41 ABŞ dolları olub.(report.az)

D
demokrat.az