Kriminal

Bakıda qadın kişini bıçaqladı

Bakıda qadın kişini bıçaqladı

Bakıda qadın kişini bıçaqlayıb.

Demokrat.az xəbər verir ki, hadisə Xəzər rayonu, Şüvəlan qəsəbəsində qeydə alınıb.

Binə qəsəbə sakini, 1991-ci il təvəllüdlü X.İsmayılov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olub.

Xəzər rayon Cinayət-Axtarış Şöbəsinin və 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü İ.Mustafayeva saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.(apa.az)

D
demokrat.az