Dünya

Dünyada koronavirusdan sağalanların sayı 1 200 000-i ötdü

Dünyada koronavirusdan sağalanların sayı 1 200 000-i ötdü

Dünyada koronavirusdan sağalanların sayı 1 200 282 nəfərə çatıb.

Demokrat.az xəbər verir ki, ən çox sağalma ABŞ-da qeydə alınıb – 188 068.

Qeyd edək ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 646 265-ə çatıb. 252 420 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.(report.az)

D
demokrat.az