Sosial

Azərbaycanda koronavirusa yoluxanların 54 faizi qadınlardır

Azərbaycanda koronavirusa yoluxanların 54 faizi qadınlardır

“Ölkəmizdə koronavirusa yoluxanların 54 faizi qadınlardır”.

Demokrat.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında çıxış edən TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı qeyd edib.

Ramin Bayramlı bildirib ki, bugünkü test sayı 4127, ümumi test sayı isə 114 410-dur:

“Ümumi yoluxma 1592, ölüm halı isə 21-dir. Ölkədə ümumi sağalanların sayı 1013, aktiv xəstələrin sayı 558-dir. Hazırda reanimasiyada olan xəstə sayı 20 nəfərdir. Bu xəstələr əsasən Mərkəzi Neftçilər Xəstəxanası və “Yeni klinika”da olanlardır”.(yenicag.az)

D
demokrat.az