Dünya

Çinli həkimlər Kim Çen Ina kömək edəcəklər

Çinli həkimlər Kim Çen Ina kömək edəcəklər

Çin Xalq Respublikası Şimali Koreyaya tibbi ekspertlər qrupu yollayıb.

Demokrat.az xəbər verir ki, bu barədə “Reuters” öz mənbəyinə istinadən yazır.

Mütəxəssislərin KXDR-nın lideri Kim Çen Inın səhhəti ilə bağlı məsləhətlər verəcəkləri ehtimal olunur.

“Çinin Kommunist partiyasının beynəlxalq əlaqələr şöbəsinin ali rütbəli əməkdaşının rəhbərliyi altında bir qrup mütəxəssis Pekindən Şimali Koreyaya yollanıb”, - deyə mənbə bildirib.

Xatırladaq ki, aprelin 21-də CNN telekanalı Amerika kəşfiyyatının nümayəndəsinə istinadla Şimali Koreya liderinin ağır ürək əməliyyatı keçirdiyini bildirmişdi.(oxu.az)

D
demokrat.az