Dünya

Türkiyədə virusdan sağalanların sayı yoluxanları ötdü — İLK DƏFƏ

Türkiyədə virusdan sağalanların sayı yoluxanları ötdü — İLK DƏFƏ

Bu gün Türkiyədə ilk dəfə koronavirusdan sağalanların sayı yoluxanların sayını üstələyib.

Demokrat.az xəbər verir ki, aprelin 24-nə olan məlumata əsasən, bu ölkədə gün ərzində koronavirusa yoluxanların sayı 3 122 nəfər təşkil edib.

Eyni zamanda sutka ərzində 3 246 nəfər COVID-19-dan sağalıb.

Qeyd edək ki, Türkiyədə indəyədək koronavirusa yoluxanların sayı 104 912 nəfərdir. İndiyədək 21 737 nəfər koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxılıb, koronavirusdan ölənlərin ümumi sayı isə 2 600 nəfərə çatıb.

D
demokrat.az