Hadisə

Azərbaycanlı ər-arvad koronavirusdan öldü

Azərbaycanlı ər-arvad koronavirusdan öldü

Rusiyanın paytaxtı Moskvada yaşayan azərbaycanlı ər-arvad koronavirusdan ölüb.

Demokrat.az xəbər verir ki, bu barədə müğənni Rəqsanə İsmayılova "İnstagram"ın canlı yayımında deyib.

İfaçı bildirib ki, koronavirusa yoluxan gənc ailə vəfat edib. Beləliklə də, 3 və 5 yaşlı uşaqları valideynsiz qalıb. Hazırda azyaşlılar karantin altındadır. Onlara bir tibb bacısı nəzarət edir.

Sərhədlər bağlı olduğundan mərhumların yaxınları Rusiyaya gedə bilmir.(lent.az)

D
demokrat.az