Dünya

"COVID-19-a qarşı peyvəndin hazırlanması vaxt aparacaq" — ÜST-dən AÇIQLAMA

COVID-19-a qarşı peyvəndin hazırlanması vaxt aparacaq — ÜST-dən AÇIQLAMA

“COVID-19 pandemiyasına görə immunlaşdırma xidmətlərinin dayandırılması peyvəndlərlə qarşısı alına biləcək digər xəstəliklərin yenidən canlanması riski yaradır”.

Demokrat.az-ın xəbərinə görə, bu, Ümumdünya İmmunlaşdırma Həftəsi (24-30 Aprel) öncəsi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xəbərdarlığında öz əksini tapıb.

Bildirilib ki, fövqəladə hallar zamanı qısa müddət olsa belə, immunizasiya xidmətləri dayandırıldıqda, qızılca və poliomielit kimi peyvəndlə qarşısı alına bilən xəstəliklərin yayılması riski artır: “Ebola epidemiyası ilə üz-üzə olan Konqo Demokratik Respublikasında ötən il qızılca xəstəliyinə görə 6000-dən çox insanın ölməsi faktı fövqəladə hallarda belə immunizasiya kimi tibbi xidmətlərinin davam etdirilməsinin vacibliyini sübut edir. Digər xəstəliklərin daha da artması artıq COVID-19 pandemiyası ilə mübarizə aparan səhiyyə sistemini tamamilə alt-üst edəcək”. (APA)

D
demokrat.az