Dünya

Rusiyanın döyüş gəmiləri İstanbul boğazından keçdi

Rusiyanın döyüş gəmiləri İstanbul boğazından keçdi

Rus donanmasına məxsus 626 nömrəli "Vitse-admiral Kulakov' adlı sualtı qayıq və “İvan Kruz" adlı kəşfiyyat gəmisi İstanbul boğazından keçiblər.

Demokrat.az xəbər verir ki, sözügedən sualtı qayıq səhər saat 06:00-da Mərmərə dənizindən İstanbul boğazına giriş edib.

Kəşfiyyat gəmisi isə səhər saat 8 radələrində Aralıq dənizindən Qara dənizə keçib.

626 nömrəli sualtı qayıq boğaza giriş edərkən sahil mühafizə qayıqları ilə müşahidə olunsa da, kəşfiyyat gəmisi üçün heç bir müşahidə qeydə alınmayıb.(yeniavaz.com)

D
demokrat.az