Dünya

Koronavirusa görə burunla salamlaşmağı dayandırdılar

Koronavirusa görə burunla salamlaşmağı dayandırdılar

Bütün dünyada ciddi dəyişikliklərə səbəb olan epidemiya Küveyt xalqının gündəlik vərdişlərinə də təsir göstərdi.

Demokrat.az xəbər verir ki, əvvəllər burunlarını bir-birinə toxundurub salamlaşan xalq hazırda uzaqdan salamlaşma ilə kifayətlənirlər.

Küveytdə COVID-19 pandemiyası səbəbindən 3 həftədir komendant saatı tətbiq olunub.

Qeyd edək ki, ölkədə koronavirusdan bu günə qədər 7 nəfər ölüb. 1915 nəfər isə virusa yoluxub.(yeniavaz.com)

D
demokrat.az