Hadisə

Karantin qaydalarını pozan 5 nəfər həbs olundu

Karantin qaydalarını pozan 5 nəfər həbs olundu

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində Ağsu rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışır.

Demokrat.az-ın xəbərinə görə, təkcə son üç gün ərzində bununla bağlı rayonda 34 inzibati protokol tətbiq olunub.

Bunlardan 3-u karantin rejimini kobud şəkildə pozan müxtəlif ictimai iaşə obyektlərinə, o cümlədən yeməkxana, çayxana, kafe sahiblərinə, 1 nəfər sosial şəbəkədə yalan məlumat verdiyinə görə, 30 nəfərə isə karantin rejimini müxtəlif səbəblərdən pozduğuna görə tətbiq olunub.

Rayonda ümumilikdə 5 nəfər həbs edilib, 29 nəfərə isə İnzibatı Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq protokollar tətbiq olunub.(Report)

D
demokrat.az