Dünya

Əhaliyə 6 trilyon dollar yardım ediləcək

Əhaliyə 6 trilyon dollar yardım ediləcək

ABŞ-da koronavirus pandemiyası ilə əlaqədar maliyyə yardımının ümumi məbləği təqribən 6 trilyon ABŞ dolları təşkil edəcək.

Demokrat.azxəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın iqtisadi məsələlər üzrə müşaviri Larri Kudlou deyib.

“Yardım paketinin ümumi həcmi altı trilyon ABŞ dollarıdır: iki trilyon ABŞ dolları- birbaşa yardım, təxminən dörd trilyon ABŞ dolları - federal ehtiyatdan verilən kreditlərdir (ABŞ Federal Ehtiyatlar Sistemi - red.).

Bu, ABŞ tarixində amerikalılara - işsizlərə, ailələrə, fərdi sahibkarlara nağd və kredit şəklində veriləcək ən böyük maliyyə yardımı paketi olacaq. Çətin bir dövr olacaq, ancaq bu həftələr olacaq. İllərlə olmamalıdır”-deyə, o bildirib. (Report)

Demokrat.az

D
demokrat.az