Kriminal

Qubada “makler” gənc oğlanın ölümündə təqsirli bilinir — İş MƏHKƏMƏDƏ

Qubada “makler” gənc oğlanın ölümündə təqsirli bilinir — İş MƏHKƏMƏDƏ

Quba rayonunda gəncin faciəli ölümü ilə bağlı "makler"in barəsində cinayət işi açılıb.

Demokrat.az-ın xəbərinə görə, mərhum Ramiz Kərimliyə ev kirayə verən "makler" Həmid Mirzəyev həbs edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Onun barəsində toplanan cinayət işi üzrə material baxılması üçün Quba rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim İlqar Məmmədovun icraatına verilib.

İttihama görə, hadisə ötən ilin may ayının 25-də Quba rayonunun Xəqani küçəsində baş verib.

Belə ki, Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Ramiz Kərimli mayın 23-də Quba rayonunda Əkrəm Əlimirzəyevə məxsus evi kirayəyə verən "makler” Həmid Mirzəbəyovdan 3 günlük kirayəyə götürüb.

Mayın 25-də Ramiz Kərimli həmin evin hamam otağında çimən zaman otaqdakı su qızdırıcısından çıxan elektrik xətlərinin saz vəziyyətdə olmaması nəticəsində onu cərəyan vuraraq öldürüb.

Araşdırma zamanı Əkrəm Əlimirzəyevlə "makler” Həmid Mirzəbəyov arasında şifahi razılaşma olub.

Həmin razılaşmaya əsasən, Həmid Mirzəbəyov evi kirayə məsələlərinə nəzarəti öz üzərinə götürüb. Bütün məsələlərdə cavabdeh şəxs də Həmid Mirzəbəyov olub.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az