Dünya

Silahlı şəxs 30 nəfəri girov götürdü — VİDEO

Silahlı şəxs 30 nəfəri girov götürdü — VİDEO

Filippinin paytaxtı Manilada silahlı kişi 30-a qədər insanı girov götürüb, polis onunla danışıqlar aparır.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Hadisə ticarət mərkəzində baş verib. KİV-də yayılan məlumata görə, hücum edən şəxs ticarət mərkəzinin keçmiş mühafizəçisi, girov götürülənlərin demək olar hamısı isə işçilərdir.

Yerli ABS CBN kanalı şəhər merinə istinadən bir nəfərin yaralandığını, onun xəstəxanaya çatdırıldığını xəbər verib.

​Demokrat.az

D
demokrat.az