YapiKredi Müraciət Forması
Mazda CX-5
Avto

"Mercedes-Benz" və "Maybach"avtomobilləri geri çağırılır – Problem nədir?

Mercedes-Benz və Maybachavtomobilləri geri çağırılır – Problem nədir?

Yaponiyada əyləc sistemində yarana biləcək nasazlıq səbəbindən 3 559 ədəd "Mercedes-Benz S-Class" və "Mercedes-Maybach S-Class" avtomobilinin geri çağırılmasına qərar verilib.

Demokrat.az xəbər verir ki, bu barədə Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyi məlumat yayıb.

Bildirilib ki, problem avtomobillərin ön əyləc şlanqları ilə bağlıdır. Konstruktiv qüsur səbəbindən şlanqlarda çatların yaranması, nəticədə əyləc mayesinin sızması və əyləcləmə effektivliyinin azalması mümkündür.

Geri çağırılma 2022-ci il mayın 9-dan 2025-ci il mayın 12-dək Yaponiyaya gətirilmiş bir sıra S-Class və Maybach modellərini əhatə edir.

Nazirliyin açıqlamasına görə, indiyədək nasazlıqla bağlı bir müraciət qeydə alınıb, lakin qəza hadisəsi barədə məlumat yoxdur. Problemli avtomobillərin ön əyləc şlanqları yenilənmiş ehtiyat hissələri ilə ödənişsiz dəyişdiriləcək.

Avtomobil sahiblərinə şassi nömrəsi (VIN) vasitəsilə avtomobillərinin geri çağırılma siyahısına düşüb-düşmədiyini yoxlamaq tövsiyə olunur.