YapiKredi Müraciət Forması
Dünya Özəl

Roma Papasının üzünə təsbeh atıldı: Kameralara düşən anlar - VİDEO

Roma Papasının üzünə təsbeh atıldı: Kameralara düşən anlar - VİDEO

Roma Katolik Kilsəsinin rəhbəri, Papa XIV Levin Peruda səfəri zamanı gözlənilməz hadisə ilə üzləşib.

Demokrat.az xəbər verir ki, hadisə paytaxt Limadakı Las Palmas Hərbi Hava Bazasının ərazisində baş verib.

Belə ki, xüsusi avtomobillə hərəkət edərək toplaşan insanları salamlayan Papanın üzünə izdihamın içərisindən atılan əşya dəyib. Sosial şəbəkələrdə yayılan görüntülərdə həmin əşyanın təsbeh olduğu ehtimal edilir.

Kadrlarda əşyanın üzünə dəyməsindən sonra Papanın ağrı hiss edərək əlini üzünə apardığı görünür.

Hadisəyə baxmayaraq, XIV Lev insanları salamlamasını davam etdirib.