Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin işi üzrə ittiham aktı məhkəməyə göndərilib.
Bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, işə Sünik məhkəməsində baxılacaq.
Qeyd edək ki, 2026-cı il oktyabrın 1-də Azərbaycan vətəndaşı, hərbçi Nəsimi Musayevin Ermənistanın Sünik vilayətinin Sisyan rayonunun Şəki kəndində 6-cı küçədə yerləşən 20 nömrəli evə qanunsuz daxil olduğu və aşkar edildikdən sonra odlu silahdan atəş açdığı iddia edilir.
Hadisə nəticəsində 1987-ci il təvəllüdlü Ani Avetisyan yaralanıb.
Bundan sonra Azərbaycan vətəndaşı hadisə yerindən qaçıb. Görülən tədbirlər nəticəsində Nəsimi Musayev aşkar edilərək saxlanılıb.
Şəki kəndində baş verən hadisə ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin beş maddəsi üzrə cinayət işi başlanıb. Musayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. (Bizim.Media)


