YapiKredi Müraciət Forması
Sosial

İşdən çıxarılan generala yeni vəzifə verildi

İşdən çıxarılan generala yeni vəzifə verildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin keçmiş rəis müavini general-mayor Zaur Abdullayevin yeni vəzifəsi məlum olub.

Demokrat.az xəbər verir ki, general-mayor Zaur Abdullayev Dövlət Sərhəd Xidmətinə (DSX) keçib.

Belə ki, hazırda general DSX Xüsusi Mətkəbinin rəisi vəzifəsini daşıyır. Z.Abdullayev yaxın zamanlarda bu vəzifəyə təyin olunub.

Xatırladaq ki, general-mayor Zaur Abdullayev uzun müddət Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində çalışıb. 2023-cü ildə xidmət rəisi polkovnik Mürsəl İbrahimovun əmri ilə 1-ci müavin general-mayor Zaur Abdullayev vəzifəsindən kənarlaşdırılıb. (Milli.az)