YapiKredi Müraciət Forması
Avto Özəl

Belə maşınlarla yola çıxmaq qadağandır — Diqqət!

Belə maşınlarla yola çıxmaq qadağandır — Diqqət!

Avtomobilin texniki vəziyyəti yalnız sürücünün rahatlığı deyil, həm də yol hərəkətinin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Bəzi texniki nasazlıqlar isə nəqliyyat vasitəsinin yollarda istifadəsinə qadağa qoyulmasına səbəb ola bilər.

Demokrat.az xəbər verir ki, bu məsələ Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" Qanununun 30-cu maddəsi və İnzibati Xətalar Məcəlləsinin 98 və 342-ci maddələri ilə tənzimlənir.

Qanunun 30-cu maddəsinə əsasən, yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti müəyyən edilmiş təhlükəsizlik tələblərinə uyğun olmalıdır. Avtomobil sahibləri nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılmasına, vaxtlı-vaxtında texniki xidmət göstərilməsinə və mövcud nasazlıqların aradan qaldırılmasına məsuliyyət daşıyırlar.

İnzibati Xətalar Məcəlləsinin 98-ci maddəsinə görə, tormoz sistemi, sükan idarəetmə mexanizmi, xarici işıq cihazları, qabaq şüşənin şüşəsiləcəkləri və şüşəyuyanları, təkərləri, şinləri, mühərriki və ya konstruksiyasının digər elementləri nasaz olan və həmin nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı səlahiyyətli orqan tərəfindən qadağan edilir.

Bununla yanaşı, Məcəllənin 342-ci maddəsi avtomobillərin texniki vəziyyətinə dair tələblərin pozulmasına görə məsuliyyət nəzərdə tutur. Belə ki, mühərrikin səs gücünü artırmaq məqsədilə işlənmiş qazların xaric edilməsi sisteminə normativ tələbləri pozmaqla müdaxilə edilməsinə görə 500 manat, bu əməlin bir il ərzində təkrar törədilməsinə görə isə 1000 manat cərimə tətbiq olunur.

Qeyd edək ki, qanunvericilik avtomobillərin texniki sazlığının qorunmasını sürücülərin və nəqliyyat vasitələrinin sahiblərinin öhdəliyi kimi müəyyən edir.