YapiKredi Müraciət Forması
Maraqlı Özəl

Üç bürcü sevgi və xoşbəxtlik gözləyir - Romantik dəyişikliklər başlayır

Üç bürcü sevgi və xoşbəxtlik gözləyir - Romantik dəyişikliklər başlayır

Noyabrın 9-da baş verən Yeni Ay üç bürcün nümayəndələri üçün şəxsi həyatda yeni imkanlar və romantik yeniliklər vəd edir. Bəziləri gözlənilməz sevgi ilə qarşılaşa, digərləri isə münasibətlərə baxışını dəyişərək mühüm qərarlar verə bilər.

Demokrat.az xəbər verir ki, bu barədə "YourTango" nəşri məlumat yayıb.

Astroloji şərhlərə görə, Əqrəb bürcündə Yeni Ayın təsiri ilə Əkizlər, Tərəzi və Dolça bürclərinin sevgi həyatında canlanma yaşana bilər.

Əkizlər

Əkizlər üçün sevgi gözlənilməz anda gündəmə gələ bilər. Münasibət qurmaq hazırda planlarınız arasında olmasa da, yaranan hisslərə biganə qalmaq çətinləşəcək. Qarşınıza çıxan insan və ya yeni tanışlıq həyatınızda fərqli bir mərhələnin başlanğıcı ola bilər.

Astroloji yozumlara əsasən, Əkizlər bu dövrdə spontan qərarlardan çəkinməməli, romantik fürsətlərə açıq olmalıdırlar. Hər şeyin əvvəlcədən planlaşdırıldığı kimi getməməsi yeni münasibətə şans verməyə mane olmamalıdır.

Tərəzi

Tərəziləri şəxsi həyatla bağlı gözlənilməz yeniliklər gözləyə bilər. Baş verən hadisələr münasibətlərə dair əvvəlki düşüncələrinizi dəyişməyə və hisslərinizə başqa prizmadan baxmağa səbəb ola bilər.

İlk baxışda bəzi dəyişikliklər çaşdırıcı görünsə də, astroloji proqnozda bunların yeni imkanlar yaradacağı bildirilir. Tərəzilərə yeniliklərə müqavimət göstərməmək, öz istək və duyğularını daha yaxşı anlamaq tövsiyə olunur.

Dolça

Dolçalar isə sevgi həyatında öz seçimlərinə daha çox üstünlük verəcəklər. Ətrafdakı insanların münasibəti və fikirləri onların qərarlarına təsir etməyəcək.

Proqnoza görə, mövcud münasibətlər yeni mərhələyə keçə, hisslər daha ciddi qərarların verilməsinə səbəb ola bilər. Dolçalar şəxsi həyatları ilə bağlı başqalarının gözləntilərindən çox, öz istəklərinə diqqət yetirəcəklər.