YapiKredi Müraciət Forması
Özəl Cəmiyyət

Əmlak vergisinin artması nələri dəyişəcək?

Əmlak vergisinin artması nələri dəyişəcək?

"Əgər tikintini MMC aparırdısa, ümumi satış dəyərindən 18% ƏDV və 20% mənfəət vergisi tətbiq olunurdu. Mənzil-Tikinti Kooperativləri (MTK) üçün isə daha çox sabit vergi razılaşması mexanizmi işləyirdi. Bu vergi ərazilər üzrə kvadratmetr üçün təxminən 60-65 manatdan 140 manata qədər dəyişirdi, Bakı şəhəri üzrə orta göstərici təxminən 100-110 manat təşkil edirdi. Sahibkar hər kvadratmetrə görə ödədiyi məbləği əvvəlcədən dəqiq bilirdi və xərcini buna uyğun planlaşdırırdı.

Bunu Demokrat.az-a açıqlamasında əmlak eksperti Firdovsi Xəlilov deyib.

O bildirib ki, 2020-ci ilə qədər olan dövrü təhlil etsək, bazarda fərqli yanaşma mövcud idi.

Əmlak vergisinin artması nələri dəyişəcək?

"Əgər tikintini MMC aparırdısa, ümumi satış dəyərindən 18% ƏDV və 20% mənfəət vergisi tətbiq olunurdu. Mənzil-Tikinti Kooperativləri (MTK) üçün isə daha çox sabit vergi razılaşması mexanizmi işləyirdi. Bu vergi ərazilər üzrə kvadratmetr üçün təxminən 60-65 manatdan 140 manata qədər dəyişirdi, Bakı şəhəri üzrə orta göstərici təxminən 100-110 manat təşkil edirdi. Sahibkar hər kvadratmetrə görə ödədiyi məbləği əvvəlcədən dəqiq bilirdi və xərcini buna uyğun planlaşdırırdı.

​Hazırda isə həm MTK-lar, həm də MMC-lər vahid ümumi vergi rejiminə tabedir. Müqavilə dəyərindən 18% ƏDV hesablanır, xərclər çıxıldıqdan sonra yerdə qalan mənfəətdən isə 20% mənfəət vergisi ödənilir. Bu keçid nəticəsində Bakı şəhərində kvadratmetr üzrə faktiki vergi yükü əvvəlki 100-110 manatlıq səviyyədən bir neçə dəfə artaraq 1000 manata yaxınlaşmış vəziyyətdədir. Bu addım dövlət büdcəsinə tikinti sektorundan daxilolmaları xeyli artırsa da, daşınmaz əmlakın maya dəyərini yüksəldib, nəticədə həm ilkin bazarda, həm də multiplikativ təsirlə təkrar bazarda qiymətlərin bahalaşmasına səbəb olub.

​Digər tərəfdən, bazarda aparılan genişmiqyaslı şəffaflaşma siyasəti xərc strukturunu əsaslı şəkildə dəyişib. Əvvəllər material təchizatı və xidmətlər bəzən barter və ya nağd hesablaşmalarla həyata keçirilirdisə, indi bütün əməliyyatların bank köçürməsi və rəsmi sənədlərlə aparılması tələb olunur. Tikintiyə xidmət göstərən podratçılar, subpodratçılar və topdansatış təchizatçıları da tam vergi mühitinə cəlb edildiyi üçün onların qiymətləri artıb və bu da birbaşa binanın maya dəyərinə əlavə olunub.

​Görülən tədbirlər iqtisadiyyatın ağardılması və şəffaflığın təmin olunması baxımından labüd və qaçılmaz addımlardır. Lakin real bazar reallığı budur ki, həm vergi yükünün kəskin yüksəlməsi, həm də bütün təchizat zəncirinin rəsmiləşməsi son məhsulun maya dəyərini artırır və bu xərclər istər-istəməz satış qiymətlərinə, yəni istehlakçıya ötürülür. Eyni məntiq əmlak vergisinin artırılmasına da aiddir. Kommersiya və istehsal təyinatlı obyektlərin əmlak vergisi artdıqca sahibkarın əməliyyat xərcləri çoxalır və bu da gələcəkdə istehsal olunan məhsul və göstərilən xidmətlərin qiymətində özünü göstərir".