YapiKredi Müraciət Forması
Avto Özəl

Eyni il, eyni model, minlərlə manat fərq — Niyə?

Eyni il, eyni model, minlərlə manat fərq — Niyə?

Eyni marka, model və istehsal ilinə aid avtomobillərin bazarda fərqli qiymətlərlə satışa çıxarılması tez-tez rast gəlinən hallardandır. Bəzən texniki göstəriciləri oxşar olan avtomobillər arasında minlərlə manat qiymət fərqi yaranır. Satıcıların bir qismi avtomobilini bazar dəyərindən baha təklif etdiyi halda, digərləri daha aşağı qiymətə satışa çıxarır.

Bəs avtomobilin real bazar qiyməti hansı meyarlar əsasında müəyyənləşdirilməlidir? Qiymətə təsir edən əsas amillər hansılardır?

Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Raqif Raufoğlu bildirib ki, ikinci əl avtomobillərdə qiymət fərqi əsasən avtomobilin texniki və ümumi vəziyyətindən asılı ola bilər.

Eyni il, eyni model, minlərlə manat fərq — Niyə?

Onun sözlərinə görə, eyni il istehsalı olan iki avtomobilin yürüşü və vəziyyəti fərqli ola bilər:

"Biri daha yaxşı qorunub, digəri isə daha çox istifadə edildiyindən köhnəlmiş vəziyyətdə ola bilər. Bu da onların qiymətinə təsir göstərir. Yeni avtomobillərdə isə belə ciddi qiymət fərqinin olması normal deyil. Burada əsas fərq komplektasiyadan, istehsal yerindən və avtomobilin hansı şərtlərlə ölkəyə gətirilməsindən qaynaqlana bilər. Məsələn, eyni modelin bir versiyası daha zəngin komplektasiyaya malik ola bilər, digərində isə müəyyən funksiyalar olmaya bilər. Həmçinin eyni avtomobilin Çin və digər bazarlar üçün nəzərdə tutulan versiyaları arasında da fərqlər mümkündür.

Eyni il, eyni model, minlərlə manat fərq — Niyə?

Yəni 10 il əvvəl istehsal olunmuş eyni model avtomobilləri müqayisə etsək, onların fərqli qiymətə təklif edilməsi ilk növbədə vəziyyətləri ilə bağlıdır. Bir avtomobilə daha yaxşı qulluq edilib, texniki vəziyyəti qorunub, digəri isə daha çox sürülüb və lazımi qaydada saxlanılmayıb. Nəticədə, eyni il və modelə aid olsalar da, bazar qiymətləri fərqlənə bilər".

Nuray Paşşanlı

Editor
Redaktor