YapiKredi Müraciət Forması
Biznes

İslam sığortaçılığı klassik sığortadan nə ilə fərqlənir?

İslam sığortaçılığı klassik sığortadan nə ilə fərqlənir?

"Qala Sığorta" İslam sığortaçılığı ilə ənənəvi sığorta sistemi arasındakı əsas fərqlərlə bağlı məlumat paylaşıb.

Şirkətin sosial şəbəkə hesabında yayımlanan məlumatda bildirilib ki, bu iki sığorta modeli arasında başlıca fərq risklərin idarə olunması prinsipindədir.

Qeyd olunub ki, klassik sığortada risk sığortaçıya ötürüldüyü halda, İslam sığortaçılığında qarşılıqlı yardım və risklərin iştirakçılar arasında bölüşdürülməsi prinsipi əsas götürülür.

Həmçinin İslam sığortaçılığında vəsaitlərin idarə olunmasının İslam maliyyəsi prinsiplərinə uyğun həyata keçirildiyi vurğulanıb.

Ətraflı məlumat üçün vətəndaşlar *4000 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Şirkətin ünvanı Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14, məhəllə 221-dir.

Editor
Redaktor