YapiKredi Müraciət Forması
Özəl Cəmiyyət

Bu şəxslər 2000 manat cərimələnir — Diqqət!

Bu şəxslər 2000 manat cərimələnir — Diqqət!

Azərbaycanda balıq ovu ilə məşğul olan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydalara əməl etməlidirlər. Müvafiq icazə olmadan, qadağan edilmiş ərazilərdə və ya vaxtlarda balıq tutmaq inzibati məsuliyyətə səbəb ola bilər.

Demokrat.az xəbər verir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsinə əsasən, balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmasına görə fiziki şəxslər 700 manatdan 1700 manatadək cərimə edilə bilərlər. Bu zaman inzibati xətanın törədilməsində istifadə olunan alətlər və ya pozuntunun bilavasitə obyekti olmuş predmetlər də müsadirə edilə bilər.

Məcəllənin 272.3-cü maddəsində isə balıq ovu qaydalarının kobud şəkildə pozulmasına görə daha fərqli məsuliyyət nəzərdə tutulur. Belə ki, lazımi icazə olmadan, qadağan edilmiş yerlərdə, müddətlərdə, alət və üsullarla balıq ovlayan şəxslər 1000 manatdan 2000 manatadək cərimə edilə və ya 6 aydan 2 ilədək müddətə ov hüququndan məhrum oluna bilərlər.

Qeyd edək ki, balıq ovu ilə məşğul olan şəxslər müvafiq balıqovlama bileti və mövsümi məhdudiyyətlər barədə məlumatlı olmalıdırlar. Kənd Təsərrüfatı Nazirliyi də balıqçıları qadağan olunmuş vaxtlarda və alətlərlə ov etməkdən çəkinməyə çağırır.

Nuray Paşşanlı