YapiKredi Müraciət Forması
Sağlamlıq Özəl

Günəbaxan tumu xoşlayanların nəzərinə!

Günəbaxan tumu xoşlayanların nəzərinə!

Həkim və teleaparıcı Yelena Malışeva günəbaxan tumunun yüksək kalorili olmasına baxmayaraq, aşağı qlikemik indeksə malik olduğunu bildirib.

Demokrat.az xəbər verir ki, o, bu barədə "Birinci kanal"da yayımlanan "Jit zdorovo!" proqramında danışıb.

Verilişə qatılan izləyici tumun yüksək kalorili olduğuna görə zərərli olub-olmadığını soruşub. Malışeva məhsulun kalorili olduğunu təsdiqləsə də, onun aşağı qlikemik indeksə malik olduğunu vurğulayıb.

"Orada karbohidrat yoxdur. Ümumiyyətlə, o qədər də qorxulu məhsul deyil", – deyə həkim bildirib.

Bununla yanaşı, Malışeva gündəlik günəbaxan tumu istehlakının 50 qramı keçməməli olduğunu qeyd edib.

Editor
Redaktor