YapiKredi Müraciət Forması
Özəl Siyasi

Türkiyəli general Ərdoğanın Azərbaycana qarşı olan baş müşavirindən danışdı

Türkiyəli general Ərdoğanın Azərbaycana qarşı olan baş müşavirindən danışdı

"Qardaşlıq heç bir şərt və vəziyyətdə dəyişməz. Azərbaycanla Türkiyə arasında bu cür ifadələrin işlədilməsi, bu cür açıqlamaların səsləndirilməsi heç də xoş deyil. İki ölkə arasında münasibətlərə kölgə salacaq, qardaşlıq əlaqələrinə xələl gətirəcək hər hansı açıqlamadan uzaq durmaq lazımdır.

Bu məsələdə Oqtay Saralın hansı vəzifəni tutmasının fərqi yoxdur. İstər dövlətin yüksək vəzifəli şəxsləri, istərsə də dövlət başçısının müşavirləri və digər nümayəndələri olsun, hər kəs səsləndirdiyi fikirlərə görə məsuliyyət daşımalıdır. Azərbaycan və Türkiyə, bir millət, iki dövlət prinsipi əsasında münasibətlər quran iki qardaş ölkə arasında qarşılıqlı hörmətə zidd olan, münasibətləri gərginləşdirə biləcək açıqlamalar yolverilməzdir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Türkiyəli general Kürşat Atılqan deyib.

Onun sözlərinə görə, bu cür açıqlamaları müsbət hal kimi qiymətləndirmək olmaz:

"Eyni zamanda, həmin fikirləri səsləndirən şəxslərin mövqeyini bütövlükdə dövlətin və hökumətin mövqeyi kimi qəbul etmək düzgün deyil. Bunu həmin şəxslərin öz fikirləri olduğu və hökumətin bu istiqamətdə belə bir mövqeyinin olmadığı mesajı kimi dəyərləndirmək lazımdır.

Hər kəs Azərbaycanla Türkiyə arasındakı münasibətlərin əhəmiyyətini nəzərə almalı, iki ölkənin əlaqələrinə zərər verə biləcək ifadələrdən və davranışlardan çəkinməlidir. Çünki Azərbaycanla Türkiyə arasında münasibətlər sadəcə iki dövlət arasındakı siyasi əlaqələrdən ibarət deyil. Bu münasibətlərin təməlində ortaq tarix, mədəniyyət, dil və xalqlarımızın bir-birinə olan qardaşlıq sevgisi dayanır. Buna görə də həmin münasibətlərə kölgə salacaq hər hansı açıqlamaya yol vermək olmaz. İki ölkənin bir-birinə olan hörməti və etimadı qorunmalı, qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün hər kəs məsuliyyətli davranmalıdır".