YapiKredi Müraciət Forması
Kriminal Özəl

Məktəbli yeni il günü fişəngə görə qatil oldu — Təfərrüat

Məktəbli yeni il günü fişəngə görə qatil oldu — Təfərrüat

Tərtər rayonunda 2024-cü ilin ilk günü baş verən qətl hadisəsi ilə bağlı məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, qətl hadisəsi 1 yanvar 2024-cü il tarixdə, gecə saat 00:00 radələrində Tərtər şəhərinin Nizami küçəsində baş verib.


"Niyə evə gec gəldin?" sualına görə arvadını döydü
Azərbaycanda qadın evə gələn usta ilə ərinə xəyanət etdi - Dava düşdü
Azərbaycanda məktəbli qızla əxlaqsızlıq edən iki dost cəzalandırıldı

2009-cu il təvəllüdlü Fərman yaşadığı binanın qarşısındakı həyətdə tanışları ilə Yeni ilin gəlişini qeyd edərkən, yaşadığı binanın 5-ci mərtəbəsindəki mənzildə yaşayan qonşusu Sərxan (adlar şərtidir – red.) da həyətdə Yeni ili qeyd edib. Bu zaman Sərxan əlindəki alışmış vəziyyətdə olan pirotexniki vasitəni – fişəngi Fərmana istiqamətləndirərək partladıb. Qığılcımlar Fərmanın üz nahiyəsinə dəydiyinə görə o, Sərxana iradını bildirib və fişəngi qəsdən üzünə istiqamətləndirməsinin səbəbini soruşub.

İstintaq sənədlərinə görə, mübahisə yaratmağa çalışan Sərxan Fərmanın özünün, anasının və sülaləsinin ünvanına nalayiq ifadələr işlədib, mübahisə zamanı onun üz nahiyəsinə yumruq zərbəsi vurub.

Daha sonra Fərman qisas almaq məqsədilə Sərxanı öldürmək qərarına gəlib. Cinayətkar niyyətini həyata keçirmək üçün yaşadığı mənzilə gedib. Mətbəxdən bıçaq götürərək geri qayıdan Fərman Sərxanı qardaşının gözü qarşısında bıçaqlayıb. Sərxan aldığı xəsarətlərdən ölüb.

Fərmana Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Məhkəmədə ifadə verən Fərman ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində Sərxanı ona ağır söyüş söydüyünə görə bıçaqla vurduğunu bildirib:

"Həmin söyüşün qarşısında aciz qalası deyildim. Mərhum gözümə fişək atıb. Mən isə mərhuma niyə atdığını soruşdum. Bundan sonra mərhum məni vurdu. Mənə ‘belə də olmalıdır" dedi. Bundan sonra bizi ayırdılar. Həmin vaxt mərhum mənə ‘ana söyüşü" söydü. Mən də həmin söyüşə görə Sərxanı vurdum. Onu tanıyanlar tanıyır və bilir ki, o nəyə qadirdir. Bu səbəbdən bıçağı götürdüm, geri qayıdaraq Sərxanı vurdum".

İbtidai istintaq zamanı təqsirləndirilən Fərman ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Sərxan onun qonşusudur və yaşadığı binanın 5-ci mərtəbəsində anası, qardaşı və bacısı ilə birlikdə yaşayır:

"Sərxangil təxminən 2023-cü ilin sentyabr ayında yaşadığım binaya köçərək burada yaşamağa başlayıblar. Onunla qonşu münasibətində olmuşuq.

Hadisədən əvvəlki gün, səhər saat 10 radələrində yuxudan ayıldım və anam Esmira ilə həmişəki kimi iş yerinə getdim. Səhər yeməyimi yeyib günorta saatlarına qədər evdə vaxt keçirdikdən sonra soyadlarını bilmədiyim dostlarım Kərim və Vaqiflə birlikdə ‘Tərtər" kafesi deyilən yerdə oturaraq söhbət etdik və hərəmiz bir bakal pivə içdik. Təxminən saat 17 radələrində dostlarımla sağollaşaraq evə qayıtdım.

Bir qədər evdə vaxt keçirdikdən sonra, təxminən saat 19 radələrində binanın qarşısındakı həyətdə həmyaşıd qonşularımı gördüm. Onlarla söhbət etmək və bayramı qeyd etmək üçün həyətə düşdüm. Həmin vaxt anam hələ işdən gəlməmişdi. Həyətdə Sərxan, Amil, Elmir, Sərxanın anası, qardaşları və bacısı, həmçinin diqqət etmədiyimdən adlarını qeyd edə bilmədiyim digər qonşular da var idi.

Həyətdə qonşu uşaqlar pirotexniki vasitələrdən istifadə etdiklərinə görə onlara tamaşa etdim. Həmin vaxt Sərxan tanımadığım 5-6 qohumumla birlikdə həyətdəki besetkada nəsə içdi. Sonradan Sərxanın digər şəxslərlə də içki qəbul etdiyini hiss etdim. Artıq gecəyarısı Yeni ilin gəlişini qeyd etmək üçün sakinlər həyətdə çoxalmağa başladı.

Hadisə baş verən yerdə Amil və Elmir adlı qonşularımla dayanıb söhbət edirdim. Bu zaman Sərxan əlində təxminən 30-40 santimetr uzunluğunda olan, havaya atıldıqda kiçik ölçülü partlayış səsi çıxaran pirotexniki vasitə ilə qohumları ilə birlikdə olduğum yerə yaxınlaşdı. Anidən əlindəki fişəngi üzümə tutaraq bir dəfə atdı. Fişəng üz nahiyəmə dəydiyindən gözüm yaşardı. Mən geri çəkildim.

Həmin vaxt Sərxan içkili olduğundan mənimlə yersiz zarafat etdi. Artıq qonşular evlərinə gedərkən Sərxanı bir qədər kənara çəkib belə hərəkət etməsinin səbəbini soruşdum. Sərxan geri çəkilərək sağ əlinin yumruğu ilə burnuma vurdu. Məni vurduğuna görə onu vurmaq istədim. Lakin Sərxanın az öncə yanında olan, tanımadığım, 19-20 yaşlarında, saqqallı 5-6 qohumu məni mühasirəyə aldı. Həmin vaxt əynimdəki qara rəngli gödəkçəmi çıxararaq yerə tulladım. Bundan sonra dava düşdü və qarşı tərəf məni döyməyə çalışdı. Bu zaman yerə yıxıldım. Mübahisə təxminən 4-5 dəqiqə davam etdi. Münaqişə zamanı Sərxan mənə zərbələr endirərək xəsarət yetirdi. Mən də ona yumruq vurdum və zərbələrdən biri sol göz nahiyəsinə dəydi. Bundan sonra dava bitdi və biz kənara çəkildik.

Daha sonra Sərxan əynindəki paltarları soyunmağa başladı. Gödəkçəsini, koftasını və maykasını çıxardı. Elə həmin vaxt mənə qarşı nalayiq ifadələr işlədərək ‘ana söyüşü" söydü. Namusuma xələl gətirən təhqirlər etdiyinə və qeyrətimə ləkə gətirdiyinə görə həmin vaxt ondan qisas alaraq öldürmək istədim.

Məqsədimi həyata keçirmək üçün evdə, mətbəxdə olan bıçağı götürmək qərarına gəldim. Bir neçə dəqiqə keçdikdən sonra Sərxanı kənara çəkərək məni gözləməsini, evə gedib qayıdacağımı dedim. Bundan sonra bıçağı götürmək üçün evə qalxdım, mətbəxə daxil olaraq bıçaq götürdüm və yenidən həyətə düşdüm.

Həyətdə hadisənin baş verdiyi yerdə Sərxanın az öncə məni döyən qohumları ilə birlikdə gözlədiyini gördüm. Sərxana ‘gəl bura" deyə qışqırmağa başladım. Əlimdəki bıçağı görən Sərxanın qohumları qorxaraq geri çəkildilər. Mən birbaşa Sərxanın üzərinə gedərək sağ əlimdəki bıçaqla onun sol boğaz nahiyəsindən bir dəfə vurdum. Sərxan müvazinətini itirərək geriyə addım atanda bıçaqla ikinci zərbəni döş qəfəsinə vurdum. Həmin vaxt əlimdəki bıçaq yerə düşdü.

Orada olan şəxslər məni kənara çəkdilər. Sərxan isə aldığı zərbələrdən sonra yerə yıxıldı və boğaz nahiyəsindən kəskin qan axmağa başladı. Ayağımdakı şeplər çıxdığından evə ayaqyalın qalxdım. Evə qalxanda anama zəng edərək Sərxanı öldürdüyümü dedim və evə gəlməli olduğunu bildirdim.

Bu müddət ərzində qonşularımız gələrək yanımda dayandılar. Təxminən 20 dəqiqə sonra anam təlaşlı şəkildə evə gəldi. Məni görərək ağlamağa başladı. Anam nə baş verdiyini soruşdu. Mən də anamın ünvanına söyüş söydüyünə görə Sərxanı bıçaqla vuraraq öldürdüyümü dedim. Az sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəldilər".

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, hadisə zamanı, cinayəti törətməzdən əvvəl və cinayətin törədildiyi ərəfədə heç kim tərəfindən ona təzyiq və ya təsir göstərilməyib, ona qarşı hədə-qorxu, sövdələşmə və ya ələ alma halları olmayıb. O, cinayəti törətməkdə heç kimin ona kömək etmədiyini və cinayətin törədilməsində özündən başqa heç kimin iştirak etmədiyini bildirib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərman 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının isə 1 yanvar 2024-cü il tarixdən hesablanması qərara alınıb.

Qeyd edək ki, təqsirləndirilən şəxs qətli törədərkən 11-ci sinif şagirdi olub.

Fariz Məlikli

Editor
Redaktor