İordaniyanın cənubunda yerləşən Hamud kəndində kilsədə keçirilən yas mərasimi zamanı silahlı hücum baş verib.
Demokrat.az xəbər verir ki, "Al Arabiyya"nın məlumatına görə, iki silahlı şəxs mərasimdə iştirak edənlərə atəş açdıqdan sonra hadisə yerindən qaçıb.
İlkin məlumatlara əsasən, hücum nəticəsində azı 7 nəfər həyatını itirib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxslərin tutulması üçün polis tərəfindən axtarış tədbirləri davam etdirilir. Hücumun səbəbi ilə bağlı hələlik məlumat verilməyib.


