YapiKredi Müraciət Forması
Dünya Özəl

Qara dənizdə gəmi batdı: göyərtəsində azərbaycanlılar da var

Qara dənizdə gəmi batdı: göyərtəsində azərbaycanlılar da var

"Khoryv" adlı ticarət gəmisi Qara dənizdə, Rumıniyanın Konstansa limanından təxminən 13 dəniz mili aralıda batıb.

Demokrat.az xarici KİV-lərə istinadən xəbər verir ki, gəmidə 10-u Ukrayna, 3-ü isə Azərbaycan vətəndaşı olmaqla, ümumilikdə 13 nəfər olub.

İlkin məlumatlara görə, xilasedicilər heyət üzvlərindən doqquz nəfəri xilas edə biliblər. Bir nəfər həlak olub, daha üç nəfərin axtarışı isə davam edir.

Rumıniya Hərbi Dəniz Qüvvələri təxminən saat 10:00-da yardım çağırışı (siqnalı) alıb. Gəminin batma səbəbi hələlik rəsmi olaraq müəyyən edilməyib.

Bəzi mənbələr gəminin pilotsuz uçuş aparatı (PUA) vasitəsilə vurulabiləcəyini ehtimal edirlər.

Əlverişsiz hava şəraitinə baxmayaraq, hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Alparslan